“Mançester Yunayted” 48 illik antirekordu təkrarladı
25 oktyabr 2020 15:57 (UTC +04:00)

“Mançester Yunayted” 48 illik antirekordu təkrarladı

İngiltərə Premyer Liqasının VI turunda “Çelsi”ni qəbul edən “Mançester Yunayted” qolsuz bərabərliklə kifayətlənib.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” 1972/73 mövsümündəki antirekordu təkrarlayıb.

Komandanın ardıcıl 3 ev matçında qələbə qazanmaması buna səbəb olub. “Çelsi” ilə görüşə qədər “mankunianlar” doğma arenada “Kristal Pelas” (1:3) və “Tottenhem”ə (1:6) məğlub olub.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 7 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

# 1189
avatar

Oxşar yazılar