Düşmənin cinayətləri ilə bağlı 6 dildə videoçarx hazırlandı
26 oktyabr 2020 12:26 (UTC +04:00)

Düşmənin cinayətləri ilə bağlı 6 dildə videoçarx hazırlandı

İşğalçı Ermənistan silahlı qüvvələrinin oktyabrın 4-ü 11-i və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti tərəfindən Ermənistanın silahlı qüvvələrinin törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb.

Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək.

# 664
avatar

Mehman Nəbiyev

Oxşar yazılar