Kolleclərin boş qalan yerlərinə qeydiyyat müddəti uzadıldı
26 oktyabr 2020 15:19 (UTC +04:00)

Kolleclərin boş qalan yerlərinə qeydiyyat müddəti uzadıldı

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti oktyabrın 27-si saat 17:00-dək uzadılır.

Lent.az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

# 598
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar