Ermənistan tərəfindən məktəb binası atəşə tutulub - FOTOLENT
26 oktyabr 2020 16:02 (UTC +04:00)

Ermənistan tərəfindən məktəb binası atəşə tutulub - FOTOLENT

Ermənistan Silahlı Qüvvələri Ağdamda məktəb binasını atəşə tutub.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub. Nəticədə məktəbə ciddi ziyan dəyib.

Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur. Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib. 

# 613
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar