Koronavirus statistikası:  131 nəfər sağaldı,  527 nəfər yoluxdu,  8 nəfər öldü
26 oktyabr 2020 16:29 (UTC +04:00)

Koronavirus statistikası: 131 nəfər sağaldı, 527 nəfər yoluxdu, 8 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 50 486 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 41 410 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib, aktiv xəstə sayı 8 397 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 814, ötən müddət ərzində isə ümumilikdə 1 298 348 test aparılıb.

# 568
avatar

Oxşar yazılar