İnsanlara təhlükə yaradan koronavirus xəstəsinə xəbərdarlıq edildi
26 oktyabr 2020 16:36 (UTC +04:00)

İnsanlara təhlükə yaradan koronavirus xəstəsinə xəbərdarlıq edildi

Quba rayon sakini Gülbaba Abdullayevə "COVID-19" infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan G.Abdullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

# 697
avatar

Mehman Nəbiyev

Oxşar yazılar