“Eurovision-2021”də iştirakını təsdiqləyən ölkələrin SAYI
26 oktyabr 2020 16:42 (UTC +04:00)

“Eurovision-2021”də iştirakını təsdiqləyən ölkələrin SAYI

41 ölkə “Eurovision-2021” beynəlxalq mahnı yarışında iştirakını təsdiqləyib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yarışmanın mətbuat xidmətindən bildirilib.

2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində keçirilməsi nəzərdə tutulan yarışda Rusiya, Avstraliya, Avstriya, Norveç, Ukrayna, Böyük Britaniya, İspaniya, İtaliya, Yunanıstan, Fransa, Almaniya kimi ölkələr iştirak edəcəklər.

Azərbaycan və Ermənistan da yarışa qatılacaq. 

Qeyd edək ki, yüksək epidemioloji vəziyyətlə əlaqədar yarışma bu il təxirə salınmışdı. 

# 1348
avatar

Oxşar yazılar