İşğaldan azad olunan ərazilərdə qaz çəkilişinə başlanılır - RƏSMİ
26 oktyabr 2020 16:54 (UTC +04:00)

İşğaldan azad olunan ərazilərdə qaz çəkilişinə başlanılır - RƏSMİ

İşğaldan azad olunan yaşayış məntəqələrində qaz çəkilişi ilə bağlı layihə işlərinə başlanılır.

“Azəriqaz” İB-dən Lent.az-a verilən məlumata görə, artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də start verilib.

İlk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. O cümlədən, qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir. Bu məqsədlə “Azəriqaz” İstehsalat Birliyi bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb. Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib. “Azəriqaz” İB işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır. Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə “Yüksələr bayrağımız, isinər ocağımız!” devizi ilə hərəkət etməyə hazırdır.

 

# 853
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar