Daşkəsəndə ermənilərin kvadrokopetri məhv edildi - MN
26 oktyabr 2020 17:41 (UTC +04:00)

Daşkəsəndə ermənilərin kvadrokopetri məhv edildi - MN

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

# 736
avatar

Mehman Nəbiyev

Oxşar yazılar