3 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada öldü
27 oktyabr 2020 08:36 (UTC +04:00)

3 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada öldü

Oktyabrın 24-də şəhərin Sülh küçəsində yolu keçmək istəyən 1939-cu il təvəllüdlü Əliyev Yusif Məhəmmədəli oğlunu avtomobil vurub.

APA-nın yerli bürosunun məlumatına görə, ağır xəsarət alan 81 yaşlı kişi Bakıda xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Y. Əliyev bu gün ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 619
avatar

Oxşar yazılar