Qondarma "DQR"in "müdafiə naziri"nin yerinə başqası təyin olundu - SƏBƏB
27 oktyabr 2020 09:52 (UTC +04:00)

Qondarma "DQR"in "müdafiə naziri"nin yerinə başqası təyin olundu - SƏBƏB

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın "müdafiə naziri" Cəlal Arutunyan yaralanıb. 

APA-nın “Sputnik Armeniya”ya istinadən xəbərinə görə, bu barədə seperatçı rejimin rəhbəri Araik Arutunyan məlumat verib. 

Onun əmri ilə Cəlal Arutunyan "vəzifə"sindən azad olunub, onun yerinə Mikael Arzumanyan təyin olunub. 

# 1156
avatar

Oxşar yazılar