Düşmən ordusundakı özbaşınalığın əks olunduğu videogörüntü təsdiqləndi  - VİDEO
27 oktyabr 2020 10:57 (UTC +04:00)

Düşmən ordusundakı özbaşınalığın əks olunduğu videogörüntü təsdiqləndi - VİDEO

Oktyabrın 26-da sosial şəbəkələrin Ermənistan seqmentində cəbhədə Ermənistan ordusunda xidmət aparan polis əməkdaşlarının silah və qida ilə bağlı problemlərin yer aldığı videogörüntü geniş yayılıb. 

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, həmin videogörüntü təsdiqini tapıb.

Ermənistan polisi məsələ ilə bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, videogörüntlü ilə əlaqədar xidməti araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, videogörüntüdə Ermənistan ordusundakı pərakəndəlik açıq-aydın görünür. Xidmət aparan hərbçilər və polislər cəbhədəki vəziyyətdən şikayətlənirlər, ordudakı çox saylı problemlərin olduğunu bildirirlər.

# 715
avatar

Oxşar yazılar