Avtobus dayanacağında  cinsi əlaqədə olan qız   cəzalandırıldı, oğlan...
12 may 2023 01:38 (UTC +04:00)

Avtobus dayanacağında cinsi əlaqədə olan qız cəzalandırıldı, oğlan...

Lvovda 18 yaşlı qız fevral ayında ictimai nəqliyyat dayanacağında oğlanla cinsi əlaqədə olduğu üçün mühakimə olunub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Lvovlu xanım xırda xuliqanlıqda təqsirli bilinib, onun ortağı nəinki cəzalandırılmayıb, hətta məhkəməyə də çağırılmayıb.

Frankovski rayon Məhkəməsi Lvovdan olan 18 yaşlı qadının xırda xuliqanlıqla bağlı işinə baxıb. O, fevralın 25-də axşam saatlarında sevgilisi ilə Kulparkovskaya küçəsindəki ictimai nəqliyyat dayanacağında cinsi əlaqədə olması səbəbindən ictimai asayişi pozmaqda və pozğunluqda ittiham olunub.

“Onun belindən aşağı çılpaq halda vətəndaşla təmasda  (cinsi əlaqədə olması) ictimai asayişi pozaraq, həyasızlıq və kobud ədəbsizliyin təzahürünə çevrilib”, - məhkəmə qərarında deyilir.

Hakim ədəbsizliyi ancaq qızın hərəkətlərində görüb, onun seksual partnyoru məsuliyyətə cəlb olunmayıb və məhkəməyə çağırılmayıb.

Məhkəmə zalında Lvovlu qadın günahını tamamilə etiraf edib. Məhkəmə onu inzibati xəta törətməkdə təqsirli bilib, lakin şifahi iradla kifayətlənib.
Qeyd olunur ki, bir il əvvəl qız idman meydançasında pivə içdiyinə görə artıq mühakimə olunub. Sonra məhkəmə də şifahi xəbərdarlıqla kifayətlənib.

# 5601
avatar

Oxşar yazılar