Donald Trampın kiçik qızı  livanlı milyarderlə   evləndi
13 noyabr 2022 18:31 (UTC +04:00)

Donald Trampın kiçik qızı livanlı milyarderlə evləndi

ABŞ-ın keçmiş prezidenti Donald Trampın kiçik qızı livanlı milyarder Maykl Bulosa ərə gedib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 29 yaşlı Tiffani ilə 25 yaşlı Mayklın toyu Donald Trampın Palm-Biçdəki malikanəsində baş tutub. Muncuqlu Elie Saab xalatı geyinmiş gəlin təzə çiçəklərlə bəzədilmiş qurbangahın qarşısında bəyə “bəli” deyib.

Tiffani Tramp və Maykl Boolos 2018-ci ildə Yunanıstanın Mikonos adasında görüşüblər. O zaman Tiffaiy Corctaun universitetinin hüquq fakültəsinin tələbəsi idi və Maykl London şəhər universitetində layihələrin idarə edilməsi üzrə təhsil alırdı.

Maykl 2021-ci ildə Ağ evin Gül bağında Tiffaniyə təxminən 1,2 milyon dollar dəyərində 13 karatlıq zümrüdlü brilyant üzük hədiyyə edib.

“Tiffani dəbdəbəli bir toy planlaşdırmağı gözləyirdi. Onun nişanlısı çox zəngin ailədəndir, onlar istəyirlər ki, bütün dünyadan olan dostları bu hadisəni onlarla birlikdə qeyd etsinlər", insayder “Page Six” müxbirlərinə bildirib.

# 3111
avatar

Oxşar yazılar