Gəlin nişanlısının keçəl olduğunu öyrəndi:  TOYDAN QAÇDI
23 may 2022 19:37 (UTC +04:00)

Gəlin nişanlısının keçəl olduğunu öyrəndi: TOYDAN QAÇDI

Hindistanın Uttar-Pradeş ştatının Unnao şəhərində qəzəbli gəlin nişanlısının keçəl olduğunu son anda öyrəndikdən sonra bəyi rədd edib və toyu ləğv edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, əvvəlcə bəy keçəl başını gəlindən və onun qohumlarından gizlədə bilsə də, nikah mərasimi üçün pavilyona gedərkən başı gicəllənib və huşunu itirib. Kişi yerdə qalanda parik düşüb və hamı görüb ki, onun tükü yoxdur.

Gəlin keçəllikdən xəbər tutan kimi toyu davam etdirməkdən imtina edib. Ətrafdakılar onu yola gətirməyə çalışsalar da, qadın inadkarlığından dönməyib. Məsələyə hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra da gəlin fikrindən dönməyib.

Daha sonra ağsaqqallar şurası zamanı gəlinin ailəsi toyun təşkilinə 566 min rupi (7 309 dollar) xərclədiklərini bildiriblər. Bəyin qohumları gəlinin atasına dəymiş ziyanı ödəməyə razılaşıblar.

Gəlinin dayısı bildirib ki, bəyin ailəsi kişinin keçəl olduğunu gizlətməməli idi. “Biz gəlini zehni olaraq hazırlaya bilərdik və o, şoka düşməzdi. Əvvəldən yalanlar üzərində qurulan evliliyin uğurlu olacağını gözləmək olmaz”, - o deyib.

Polis sözçüsü Ramjit Yadav gəlinin evliliyə hazır olmadığını bildirib. O qeyd edib ki, ailələr kompromis əldə ediblər.
 

# 6855
avatar

Oxşar yazılar