Kişi arvadını  cəngəllikdə qoyub getdi
29 dekabr 2022 15:51 (UTC +04:00)

Kişi arvadını cəngəllikdə qoyub getdi

Tailandlı cütlük tualetə getmək üçün yolun kənarında dayanarkən təsadüfən arvadını cəngəllikdə qoyaraq gedib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 55 yaşlı Buntom Çaymun və həyat yoldaşı Amnuay avtomobillə tətildən qayıdıblar. Kişi gecə saatlarında avtomobili yolun kənarında saxlayıb və rahatlamaq üçün ağacların arasında gözdən itib.

Həmin vaxt arvadı da onun kimi meşəyə gedib. Bu vaxt ər qayıdıb, sükan arxasına keçib və yoluna davam edib. O, avtomobildə qeyri-adi səssizlik hiss edib, lakin arvadının yoxluğuna fikir verməyib və arxa oturacaqda yatdığına inanıb.

Qadın qaranlıqda 20 kilometr uzaqlıqdakı şəhərə piyada getməli olub. Daha sonra isə polis vasitəsilə həyat yoldaşı ilə əlaqə saxlayıb. 

Qeyd edək ki, qadın ərindən incimədiyini və onu bağışladığını bildirib.

# 2670
avatar

Arzu Qurbanlı

Oxşar yazılar