Kişilərin sizi aldatdığını göstərən  ALTI İŞARƏ
02 yanvar 2023 13:35 (UTC +04:00)

Kişilərin sizi aldatdığını göstərən ALTI İŞARƏ

Kişilərin nə üçün xəyanət etməyə ehtiyac duyması qadınları düşündürən və heç zaman cavabı alına bilməyən sualdır.

Lent.az xarici KİV-ə istinadən kişilərin xəyanət etdiyini göstərən 6 işarəni təqdim edir.

1. Münasibəti sizə qarşı dəyişir. Bir vaxtlar sizə hədiyyə almağı sevməyən partnyorunuz artıq sizi qızılgüllərlə sevindirməyə başlayır? Çox güman ki, bir anda belə dəyişməyin səbəbi sizdəki yaranan şübhəni dəf etməkdir.

2. Kişinin qadınlarla dost olmasında heç bir problem yoxdur. Qadın və kişi arasından həqiqətən güclü dostluqlar olur. Ancaq həyat yoldaşınız yalnız subay qızlarla dostluq edirsə, o zaman burda yolunda getməyən nə isə ola bilər. Təbii ki, uşaqlıq və sizdən əvvəl tanış olduğu qadınlara görə narahat olmağa dəyməz. Amma sizdən sonra yeni tanışlıqların sayının artması bir sıra şübhələrə gətirib çıxarır.

3. Sevgilinizin sizi aldatdığını göstərən şeylərdən biri də sosial şəbəkələrdə aktiv olmasıdır. Belə ki, bir zamanlar şəkil sevməyən partnyorunuz artıq sosial şəbəkələrdə tez-tez paylaşımlar edir. Bu vaxt narahat olmaqda haqlısınız. Çünki bu o deməkdir ki, artıq onu maraqlandıran başqa biri var və həmin şəxsə özünü göstərmək istəyir.

4. Artıq ucuz deyil, brend paltarlar almağa başlayır. İdman zalına gedir, məşq edir. Güzgünün qabağında tez-tez özünə baxır. Necə görünməsi ilə bağlı tez-tez suallar verir. Bəli, əgər əvvəllərdə belə biri idisə, narahat olmağa dəyməz. Amma son vaxtlar dəyişməyə başlayıbsa, bu artıq şübhə yarada bilər.

5. Dostları ilə daha tez-tez görüşməyə başlayır və onların yanında zənglərinizə cavab vermir. Ya da telefonlarınızı açır, ancaq sərt cavablar verir, qışqırır.

6. Bir nömrə ilə kifayətlənən partnyorunuzun artıq bir neçə nömrəsi var. Hətta iş üçün ikinci telefona ehtiyac olduğunu deyir. Niyə, əvvəllər bu kiçik şeylər problem yaratmırdı? Qarşı tərəfin vərdişlərini dəyişməsi şübhə oyandıran səbəblərdəndir. 

# 3894
avatar

Oxşar yazılar