Metroda  evləndilər
13 mart 2023 13:54 (UTC +04:00)

Metroda evləndilər

Üç sevən cütlük “Mayakovskaya” metrostansiyasında evlənib. Sərnişinləri narahat etməmək üçün mərasimlər gecələr keçirilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bildirilib ki, cütlüklərdən biri şair Vladimir Mayakovskinin yaradıcılığına olan sevgilərinə görə toy üçün qeyd olunan stansiyanı seçib. Qeyd edliib ki, metroda nikah Moskvanın qeydiyyat şöbələri ilə əməkdaşlıq çərçivəsində standart protokol əsasında həyata keçirilir.

Ümumilikdə, "Xoşbəxtliyin yeni ünvanları" proqramı çərçivəsində Moskvada 200-ə yaxın qeyri-adi toy məkanı mövcuddur. Metroda bütün müddət ərzində 31 cütlük evlənib.

2023-cü ilin fevral ayında üç sevən cütlük paytaxt metrosunda evlənib. Qeyd edilib ki, metroda keçirilən toylar bu ildə ilk olub.

# 2589
avatar

Oxşar yazılar