Putinin keçmiş həyat yoldaşından  YENİ AÇIQLAMA
15 mart 2022 21:15 (UTC +04:00)

Putinin keçmiş həyat yoldaşından YENİ AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinin şəxsi həyatı həmişə gizli saxlanılır. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Putinin keçmiş həyat yoldaşı Lyudmila Şkrebneva onunla evli olduğu vaxtlarla bağlı bəzi məqamlardan danışıb. 

Bunların arasında ən maraqlısı isə Putinin qeyri-adi evlilik təklifidir. Şkrebneva Putinin ona evlilik təklif etdiyi günlə bağlı bu sözləri deyib: 

“Bir axşam birlikdə oturanda qəfildən öz qüsurları və səhvləri haqqında danışmağa başladı. Özünü tənqid edirdi. Mənə “artıq necə biri olduğumu bilirsən. Çox rahat biriyəm desəm, yalan olar”, -  dedi. Daha sonra bəzən olduqca aqressiv olduğunu, hətta bunun nəticəsində insanlara qarşı təhqiredici sözlər belə dediyini bildirdi”. 

Bu sözlərdən sonra Şkrebneva Putinin ondan ayrılacağını düşünüb, amma hər şey başqa cür qurtarıb. Vladimir ona evlilik təklifi edib: 

“Özünü tənqid etdikdən sonra mənə üz tutdu, 3 ildir birlikdə olduğumuzu və məni sevdiyini dedi. Sonra evlilik təklifi etdi. Məndən cavab gözləyirdi. Bu, mənim üçün gözlənilməz olmuşdu. Amma mən ona “Hə” cavabını verdim”. 

Lyudmila Putinin prezident seçildikdən sonra dəyişdiyini və aralarında soyuqluğun yarandığını da qeyd edib. O, “first lady” olduqdan sonra gələn şöhrətdən də çox narahat olduğunu bildirib. 

Xatırladaq ki, Vladimir Putin Lyudmila Şkrebneva ilə 1983-cü ildə evlənmişdi. Onların Mariya Vorontsova və Yekaterina Tixonova adlı qız övladları var. 30 illik evlilikdən sonra 2013-cü ildə boşanıblar. Lyudmila Şkrebneva 2015-ci ildən özündən 21 yaş kiçik iş adamı Artur Oçeretnı ilə evlidir. 

Vladimir Putin isə boşandıqdan sonra rəsmi olaraq nikaha girməsə də, dəfələrlə Olimpiya çempionu gimnast Alina Kabaeva ilə uzun müddətdir münasibətlərinin olduğu bildirilir. Hətta hazırda onların 4 uşağının İsveçrədə yaşadığı da iddia olunur. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13038
avatar

Sevinc Fərid

Oxşar yazılar