Ayaqqabı ayağınızı sıxırsa bunu edin
30 aprel 2023 19:55 (UTC +04:00)

Ayaqqabı ayağınızı sıxırsa bunu edin

Sıxan ayaqqabıları kartof vasitəsilə genişləndirə bilərsiniz.

Lent.az-ın məlumatına görə, dünyanın bir çox ölkələrində bu metoddan geniş istifadə olunur.

 Bir böyük çiy kartof götürüb soyun, onu ayağınızı sıxan ayaqqabıların (krassovkalara da olar) içinə yerləşdirin.

Elə edin ki, kartof böyük olsun və ayaqqabının içinə çətinliklə girsin, onu dartsın. Bir gecə saxlayın. Kartof şirəsi ayaqqabını  nəmləndirəcək və dartıldığına görə o genişlənəcək. 
 

# 4428
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar