Böyük ayaqları kiçik göstərməyin YOLLARI
11 noyabr 2022 10:15 (UTC +04:00)

Böyük ayaqları kiçik göstərməyin YOLLARI

Bir çox qadın ayaqqabılarda ayaqlarının normaldan böyük olmasından şikayətçidir. Bəzən xanımlar böyük ayaqların estetik görünmədiyini düşünürlər. Amma bu problemi geyiminizdə xırda dəyişikliklər edərək aradan qaldıra bilərsiniz.

Lent.az ayaqlarınızı daha kiçik göstərməyin bir neçə yolunu təqdim edir:

Tünd rəngli ayaqqabılar

Tünd rəngli ayaqqabılar ayaqlarınızı olduğundan daha kiçik göstərir. Qırmızı, tünd göy, bənövşəyi, boz və qara rəngləri buna misal çəkə bilərik. Necə ki, qara paltar geyinəndə daha arıq görünürsünüzsə, qara ayaqqabı da ayaqlarınızı olduğundan balaca göstərəcək.

Qalın bantlı sandallar

Sandallar nə qədər açıq olsa, ayaqlar da bir o qədər böyük görünür. Buna görə, bacardığınız qədər qalın bantlı, qapalı sandallara üstünlük verin.

Ayaqqabı aksessuarları

Böyük ayaqları kiçik göstərməyin ən yaxşı yolu ayaqqabı detalları və aksessuarlarıdır. Toka, qotaz və düymə kimi detallarla bəzənmiş ayaqqabıları seçməkdə fayda var.

Sivri burun olmayan ayaqqabılar

Ayaqlarınız nə qədər kiçik olursa olsun, sivri burunlu ayaqqabılar onları olduğundan daha böyük göstərir. Çalışın yuvarlıq burunlu ayaqqabılardan istifadə edin.

Dabanlı ayaqqabılar

Dabanlı ayaqqabılar bir çox qadının xilaskarıdır. Dabanlı ayaqqabılar qısa boylu xanımlar üçün gözəl bir detal olmaqla yanaşı, böyük ayaqlı qadınlar üçün də nemətdir. Daban hissəniz nə qədər yüksək olsa ayaqlarınız da bir o qədər daha kiçik görünəcək.

# 2442
avatar

Oxşar yazılar