Bu ayaqqabılar sağlamlıq üçün zərərlidir – Həkimlər açıqladı
08 iyun 2023 17:55 (UTC +04:00)

Bu ayaqqabılar sağlamlıq üçün zərərlidir – Həkimlər açıqladı

Britaniyalı ortoped Paul “vetnamka”ların ayaq üçün zərərli olduğunu açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, belə çəkələklər ayaq dırnaqlarının formasını deformasiya edir. 

Həkimin sözlərinə görə, “vetnamka”lar içərisində gəzərkən büdrəmək və yıxılmaq daha asandır. Bundan əlavə, onlar ayaqlara heç bir dəstək vermir. Bu çəkələkləri çox geyindikdə barmaq aralarında yaraların əmələ gəlməsi də qaçılmazdır. 

Mütəxəssis “vetnamka”lı stilettoların isə ayaqlardakı zədə riskini daha da artırdığını deyib. 

# 1923
avatar

Sevinc Fərid

Oxşar yazılar