Bu saç düzümləri sizi  yaşlı göstərəcək 
21 mart 2024 03:51 (UTC +04:00)

Bu saç düzümləri sizi yaşlı göstərəcək 

Brend-stilist Yana Kondratyeva vizual olaraq yaşlandıran saç düzümlərini sadalayıb. 

Lent.az xəbər verir ki, bu barədə “Lady Mail”in məlumat yayıb. 

Mütəxəssis ilk növbədə piksi stilində çox qısa saç kəsimlərinə diqqət çəkib.

Onun sözlərinə görə, bu saç düzümü dərinin sallanmasına və qırışlara diqqəti yönəldə bilər.

Bundan əlavə, Kondratieva kəskin keçidlərlə seyrək saç kəsimlərindən imtina etməyə çağırıb. 

Sonda Kondratieva çox qatlı saç düzümünə diqqət çəkib. 

“Saçların incəlməsi problemi ən çox yetkinlik dövründə özünü hiss etdirir və əgər bu sizin üçün də aktualdırsa, yəqin ki, çox qatlı saç düzümündən imtina etməyəcəksiniz. Həddindən artıq "yırtılmış" saç düzümü mövcud problemi vurğulayacaq. Bizə qızıl orta lazımdır”, - deyə stilist qeyd edib. 
 
 

# 2400
avatar

Oxşar yazılar