Kök xanımlar   üçün geyim məsləhətləri
07 iyun 2022 09:05 (UTC +04:00)

Kök xanımlar üçün geyim məsləhətləri

Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da həm arıq, həm də kök xanımlar var. Bəzilərimiz elə doğuşdan kilolu, bəzilərimiz ailə qurduqda, ana olduqdan sonra, yaş ötdükcə çəki alırıq. Təbii ki, bundan aslı olmayaraq bütün qadınlar gözəldir.  

Əvvəllər kök qadınlar geyim seçməkdə çətinlik çəkirdilər. Artıq stilistlər və modelyerlər də belə xanımlar üçün bir-birindən gözəl paltarlar hazırlayırlar. Çox vaxt kök xanımlar özləri üçün istədiyi və ya özünə yaraşanı tapa bilmir və stress keçirir. Düşünürlər ki, onların ölçüsündə geyim yoxdur. Amma unutmayaq ki, hazırki dövrdə hər bədən ölçüsünə uyğun geyimlər tapılır.

Lent.az xarici mətbuata istinadən kök xanımların bədən tiplərinə uyğun necə geyinmək lazım olduğu barəsində tövsiyələri sizə təqdim edir:  

Geyimlərdə balanslılığı qorumaq əsas vacib məqamlardan biridir. İlk növbədə kök xanımlar bədənlərinin tipini müəyyən etməlidirlər. Bu, düzgün geyim seçməyi asanlaşdırır. Məsələn, qalın ayaqlarınız varsa, boş ətək və dar köynək geyinərək görünüşünüzdəki tarazlığı qoruya bilərsiniz. 

Geyimlərdəki tikişlərdə ehtiyyatlı olun. Paltarın forması və ondakı tikiş izləri görünüşünüzü daha yaxşı göstərə biləcək amillərdəndir. Yaxşı tikilmiş paltarlar digərlərindən bahalı olsa da, onlar adətən bu qiymətə layiq olur. Buna görə də şəxsi dərzi seçimində də diqqətli olmalısınız.  

Kök xanımlar qara, göy və qəhvəyi kimi tünd rəngli geyimlərə üstünlük verməlidir. Çünki tünd rənglər çəkini gizlədir. Amma təbii ki, açıq rəngli geyimlərdən də istifadə etmək mümkündür. Hər hansı açıq rəngin fərqli tonları ilə artıq çəkiləri itirmək olar. Belə olan halda, həm də daha uzun və incə görünməyi təmin edə bilərsiniz. 

Naxış mövzusu olduqca vacibdir. Belə ki, geyimlərdə şaquli xətləri daim üfüqi olanlarla əvəz edin. Çünki üfüqi xəttlər sizi olduğunuzdan daha arıq göstərər. İri naxışları deyil, bir neçə rəngli kiçik naxışları olan geyimləri seçin. 


 

# 4254
avatar

Sevinc Fərid

Oxşar yazılar