ABŞ Səudiyyə Ərəbistanına bunları satdı - F-35, 300 tank və ...
19 noyabr 2025 04:01 (UTC +04:00)

ABŞ Səudiyyə Ərəbistanına bunları satdı - F-35, 300 tank və ...

0

ABŞ Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələri və təxminən 300 tank da daxil olmaqla xeyli miqdarda silah satmağı planlaşdırır.

Lent.az xəbər verir ki, bu, Ağ Evin açıqladığı sənədlərdə öz əksini tapıb.

Sənədlərdə ABŞ prezidenti Donald Trampın krallığa F-35 təyyarələri də daxil olmaqla əhəmiyyətli dərəcədə müdafiə məhsulları paketinin satışını təsdiqlədiyi bildirilir.

Bu razılaşma ilə bağlı müqavilələr və təchiz edilən avadanlıqlar barədə əlavə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar