Azərbaycanlı oliqarxın oğlu İngiltərənin məşhur klubunu almaq istəyir
05 avqust 2021 14:42 (UTC +04:00)

Azərbaycanlı oliqarxın oğlu İngiltərənin məşhur klubunu almaq istəyir

Azərbaycanlı oliqarx Nizami Piriyevin oğlu Nəsib Piriyev İngiltərənin məşhur klubu “Vest Hem”in səhmlərini almaq istəyir.

Lent.az-ın məlumatına görə, bu barədə “Hammers News” xəbər yayıb.

Xəbərdə bildirilir ki, Piriyev bu məqsədlə 400 milyon funt-sterlinq ayırmağa hazırdır. Nəşrin yazdığına görə, Nəsib Piriyev yaxın günlərdə klubun gələcəyi ilə bağlı öz planlarını açıqlayacaq.

Xatırladaq ki, Piriyevin atası Nizami Piriyev 1958-ci ildə Gəncədə anadan olub. 1992-2002-ci illərdə «PNN Arkansas Inc» neft-qaz şirkətinin prezidenti kimi fəaliyyət göstərən Piriyev sonradan Rusiyanın "StroyTransGasOil" neft-qaz şirkətinin baş direktoru olub. 2006-ci ildə Bakıya qayıdıb və burada iş qurub.

2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib. 

Nizami Piriyevin adı Azərbaycan oxucularına daha çox 2009-cu ildə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr Azərbaycana səfər edən zaman tanış oldu. Bleyri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmış, həmçinin şirkətlə bağlı tədbirdə iştirak etmişdi. O zaman bildirilirdi ki, bunun üçün şirkət Toni Bleyerə 200 min funt-sterlinq qonorar ödəyib. 

Nizami Piriyevin şirkətlərinin bir hissəsinə isə N. Piriyevin oğlu Nəsib Piriyev rəhbərlik edir. Ümumilikdə Piriyevlər ailəsinin orta Asiyada - Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları Özbəkistanda ayaqqabı istehsalı biznesi var.

Bundan əlavə ABŞ-da qeydiyyatdan keçən «PNN Group» holdinq «De Bers» və «Hamleys» şəbəkəsinin Azərbaycan və Ukrayna üzrə distrübiteridir.  

Oğul Nəsib Piriyev Londonda American İnternational Universitetini bitirib. Media prodüseri və biznesmendir. Nəsib atasının şirkətində maliyyə və strateji inkişaf məsələlərinə baxır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13977

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23