Azərbaycanlılar "Sofiya" uğrunda müharibəyə başlayır:  O, deputatın evini yandırmaq istəyirmiş?
24 yanvar 2022 19:00 (UTC +04:00)

Azərbaycanlılar "Sofiya" uğrunda müharibəyə başlayır: O, deputatın evini yandırmaq istəyirmiş?

Rusiyanın şimal paytaxtı Sank-Peterburqda yerləşən “Sofiyskaya” meyvə-tərəvəz bazası azərbaycanlılar arasında qanlı müharibənin yeni ünvanı ola bilər.

Lent.az yerli mətbuata istinadən xəbər verir ki, bazanın hüquqi sahibi Teymuraz Misikov olsa da, nəinki adıgedən şəhərdə, bütün Rusiyada gözəl bilirlər ki, bazada da məhz azərbaycanlılar hökmranlıq edirlər. Son on ildə bu bazada və onun ətrafında çoxsaylı sifarişli qətllər, atışma, adam oğurluğu, quldurluq hadisələri baş verib. Və bütün baş verənlərin mərkəzində də elə azərbaycanlılar dayanıb.

Bəzi olaylar isə “Lotu Quli” və Rövşən Lənkəranski arasında gedən müharibə nəticəsində baş verib.

Məlumatda deyilir ki, 2010-cu ilədək  bu bazaya Vüqar Hüseynov və onun tərəfdarları nəzarət edirdi. Həmin il onun həbsindən sonra baza əslən Şəmkirin Şiştəpə kəndindən olan Novruz Məmmədov və qardaşlarının əlinə keçdi.

Ötən il son günlərində yerli polis Novruz Məmmədovla bağlı ciddi siqnal alır. Bazaya gələn polis və xüsusi təyinatlılar onun qardaşı Mübarizi həbs edirlər. Novruz isə bir neçə yaxını ilə aradan çıxa bilir. Hazırda onlar barədə axtarış elan edilib. 

Bəs nə baş vermişdi? Axı Novruz Sankt-Peterburq hüquq-mühafizə orqanları rəhbərlərinin sevimli adamlarından biriydi, tez-tez onları birgə ziyafətlərdə görmək olurdu? Söhbət ondan gedir ki, 2008-ci ildə Məmmədovlar Raqib Abdullayev adlı iş adamını oğurlayaraq özlərinə məxsus   “Starıy qorod” restoranına gətirmiş, daha sonra isə amansızlıqla qətlə yetirmişdilər. Raqibin meyitini isə şəhərdən kənara apararaq kimsəsiz bir yerdə basdırmışdılar.

Əslində, bu qətldən bazada hamının xəbəri vardı. Və bu hadisədən sonra hamı  Məmmədovlardan qorxmağa başlamışdı. Çünki heç kim ölmək istəmirdi.
Qardaşını həbsindən və özünün axtarışa verilməsindən sonra Novruzun mövqeləri zəifləməyə başladı. Ona çatan maliyyə kanalı necə deyərlər, qurudu. 
Amma baza uğrunda yeni müharibə qaçılmazdı.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən Rusiyanın kriminal saytlarına sızan məlumata görə, bazda təşəbbüsü Vüsal Əsgərov əlinə alıb. Bu yerdə bir məqama da qayıdaq

Hələ 2016-cı ildə kriminal avtoritet, kifayət qədər böyük nüfuz sahibi olan “Piter Elçinin”,- onu bəzən Məşədi Elçin deyə də çağırırlar – Elçin Maşallah oğlu İsmayılovun qardaşı, Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 1979-cu il təvəllüdlü Fariz Maşallah oğlu İsmayılov Masallı rayonu ərazisində, Türkoba kəndi yaxınlığında naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilir. Ona  məxsus 90 HV 110 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə atəş açlır. 

Bəs Sankt-Peterburqda kriminal aləmdə böyük nüfuz sahibi olan “Piter Elçin” kimdir?
O,  məşhur “qanuni oğru” Rövşən Lənkəranskinin klanına daxil olmuş, onun etibarın qazanmış birsidi. Lənkəranskinin qətlindən sonra kriminal aləmdəki rəqib klanın aktivləşməsi onun bu ölkədəki tərəfdarlarının da sıxışdırılmasını şürətləndirdi. Amma Elçin gözlənilənlərin əksinə, öz mövqelərini gücləndirə bildi. 

Elçin həmdə Milli Məclisin keçmiş üzvü Astan Şahverdiyevi hədələməklə də yadda qalmışdı. Mərhum Şahverdiyev Rusiya bazarlarında çalışmış azərbaycanlıları aşağılayıcı sözlərlə tənqid edəndə, “Piter Elçin”, ondan üzr istəməsini, əks halda deputatını evini yandıracağı ilə hədələmişdi.

İndi Vüsal və Elçinin birləşdirəcək və bazada Şiştəpə klanından qoruyacaq bir adam var. Bu da Rövşən Lənkəranskinin Moskvada məskunlaşmış ən yaxın adamı Zaur Əhmədovdur. “Sofiyskaya” nəzarət və tam sahiblənmək, digər klanlarla müharibədə qalib gəlmək üçün Zaur Əhmədovun dəstəyi onlara çox vacibdi.

Müharibə isə qaçılmazdı.

# 9807
avatar

Səbuhi Sədəf

Oxşar yazılar