Bölgə alov  içindədir: görün Paşinyan nə edir
10 mart 2026 19:59 (UTC +04:00)

Bölgə alov içindədir: görün Paşinyan nə edir

0

İsrail və ABŞ-ın İrana hücumlarından sonra Yaxın Şərqdə gərginlik artdıqca, Ermənistanın baş naziri Nikol Paşinyan avtobusda qozlu sucuq yeyərkən çəkilmiş şəkillərini paylaşıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəkil tez bir zamanda internetdə yayılıb və "Bu adam müharibəni uduzduqdan sonra Mustafa Sarıgülə oxşamağa başladı" kimi şərhlərlə yadda qalıb. 

Fevralın 28-də İsrail-ABŞ-ın İrana hava hücumlarından sonra Yaxın Şərqdə gərginlik yüksək olaraq qalır. Neft anbarlarının vurulduğu Tehran apokalipsisə bənzər səhnələrin şahidi olub. İran həmçinin gecə boyu İsrailə raket atışı həyata keçirib. 

Bütün dünyanın diqqəti regionda baş verənlərə yönəldiyi bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan avtobusda qozlu sucuq yeyərkən çəkilmiş şəklini paylaşıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 375

Oxşar yazılar