Türkiyənin Ərzurum şəhərində boşanma mərhələsində olan cütlüyün yaxınları arasında yaranan mübahisə silahlı atışmaya çevrilib.
Lent.az xəbər verir ki, baş verən hadisə zamanı 3 nəfər evlərin balkonundan ov tüfəngləri və tapançalarla atəş açıb.
Polis tərəfindən saxlanılan şəxslərin atəş açması nəticəsində biri polis olmaqla 12 nəfər yaralanıb. Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.
Məlumata görə, hadisə boşanma prosesi ilə bağlı yaranan mübahisədən qaynaqlanıb. Bundan bir gün əvvəl Y.E.T. boşanma mərhələsində olduğu həyat yoldaşı Z.T.-ni bıçaqlayıb.
Hadisə ilə bağlı araşdırma davam edir.