Detektorla 20 dəqiqə axtarış apardı, 3000 illik qızıl tapdı
19 sentyabr 2026 14:56 (UTC +04:00)

Detektorla 20 dəqiqə axtarış apardı, 3000 illik qızıl tapdı

0

Uels sakini metaldetektor vasitəsilə təxminən 3000 il yaşı olan qızıl bilərzik aşkar edib. Tərkibində 92,8 faiz qızıl olan artefakt milli sərvət kimi tanınıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hər şey adi metal axtarışı həvəsi ilə başlayıb.

İdris Tomas Llanuhllin qəsəbəsində yerləşən fermer sahəsində cəmi 20 dəqiqə metaldetektorla axtarış apardıqdan sonra təsadüfən iri qızıl bilərzik tapıb. Alimlərin hesablamalarına görə, zinət əşyasının yaşı 3000 ildən çoxdur.

Uels Muzeyində aparılan laboratoriya analizi artefaktın tərkibində 92,8 faiz qızıl olduğunu göstərib.

Son Tunc dövrünə aid zinət əşyasının ilkin dəyəri 15-20 min funt sterlinq qiymətləndirilir.

Tarixçilərin fikrincə, təxminən 3000 il əvvəl bu cür iri və qiymətli bilərziyi həmin dövrün yüksək sosial təbəqəsinə mənsub şəxs daşıya bilərdi. Bunu zinət əşyasının hazırlandığı material, ölçüsü və forması da göstərir.

Arxeoloqlar üçün belə tapıntılar yalnız qiymətli metal olduğuna görə əhəmiyyət daşımır. Qədim zinət əşyaları tədqiqatçılara Tunc dövründə indiki Uels ərazisində yaşayan insanların gündəlik həyatı, sosial quruluşu və sənətkarlıq səviyyəsi barədə daha çox məlumat əldə etməyə imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar