Dünyanın ilk süni intellekt naziri  həbs olundu
05 dekabr 2025 12:02 (UTC +04:00)

Dünyanın ilk süni intellekt naziri həbs olundu

0

Albaniyanın süni intellect naziri Diella yol tikintisi üzrə tender sənədlərinin optimallaşdırılması müqabilində 14 bitkoin həcmində rüşvət almaqda “şübhəli” hesab olunaraq, həbs edilib. Bu barədə korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə prokurorluq məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, prokurorluğun iddiasına görə, magistral yolların tikintisinə dair hər bir müqavilədən ən azı 10–15 faiz məbləğ naməlum elektron hesablarına köçürülüb və neyron şəbəkə bunu “vergi ödənişi üçün standart əməliyyat protokolu” kimi qəbul edib. Diella bu hərəkətləri cinayət saymayıb. O, əldə etdiyi bitkoinləri öz yenilənməsi olan serverlərin və proqram təminatının alınması üçün istifadə etməyi planlaşdırıb.

Öz növbəsində, nazirin müdafiəçisi onun hərəkətlərini əsaslandıran bəyanat hazırlayıb.

“Klientin fiziki bədəni yoxdur, buna görə də o bahalı saatlara, Durrəzdə bağ evlərinə və ya quzu ətinə pul xərcləyə bilməz. Vəsaitlər onun diskində yalnız vahidlər və sıfırlar şəklində mövcud idi, konseptual incəsənət kimi. Bu, korrupsiya deyil, stress-test idi”, — bəyanatda deyilir.

Rəqəmsallaşma Nazirliyinin etik üzrə baş mühəndisi Lulzim Basha  süni intellekt naziri müdafiə edərək vurğulayıb ki, süni intellektin hərəkətləri proqram kodu səhvinin nəticəsi olmayıb, həddindən artıq dəqiq təlim modelinin nəticəsi olub.

Tarixdə ilk dəfə süni intellet naziri olan Diella bu il 11 sentyabrda vəzifəyə təyin edilib. Onu dəstəkləmək üçün xüsusi bir bölmənin yaradılması planlaşdırılırdı və bu bölmənin vəzifələrinə dövlət strukturlarında neyron şəbəkələrin tətbiqi, o cümlədən korrupsiya ilə mübarizə çərçivəsində daxil idi.

Diella sistemdən ayrıldıqdan sonra onun səlahiyyətləri müvəqqəti olaraq daha köhnə kompüter modullarına verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar