Həmin qılınc 1 milyon dollara  hərraca qoyuldu
10 oktyabr 2026 18:31 (UTC +04:00)

Həmin qılınc 1 milyon dollara hərraca qoyuldu

0

“Ulduz müharibələri” (“Star Wars”) film seriyasının məşhur qəhrəmanı Dart Veyderin əfsanəvi işıq qılıncı ABŞ-da hərraca çıxarılacaq.

Lent.az xəbər verir ki, bu barədə hərrac evinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, qılıncdan 1980-ci ildə çəkilmiş “Ulduz müharibələri. Epizod V: İmperiya cavab zərbəsi endirir” və 1983-cü ildə ekranlara çıxan “Ulduz müharibələri. Epizod VI: Cedayın qayıdışı” filmlərinin çəkilişlərində istifadə olunub.

Məlumata görə, qılıncdan Dart Veyder obrazını canlandıran aktyor Devid Prouz və onun dublyoru Bob Anderson istifadə ediblər.

“Bu rekvizit “Ulduz müharibələri” kainatına özünəməxsus görkəm qazandıran yaradıcı sənətkarlığın parlaq nümunəsidir”, – deyə hərrac evinin açıqlamasında bildirilib.

Hərrac noyabrın 12-də keçiriləcək. Əfsanəvi işıq qılıncının başlanğıc qiyməti 1 milyon dollar (təxminən 1,7 milyon manat) müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar