Tbilisidə 584 seçki məntəqəsinin 541-nin nəticələrinə əsasən, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze 71,551% səs toplayıb.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.
Onun əsas rəqibləri “Güclü Gürcüstan-Lelo” partiyasının namizədi İrakli Kupradze 12,45%, “Qirçi” partiyasının namizədi Yaqo Xviçiya isə 7,52% səs toplayıb.
Qeyd edək ki, Tbilisi meri postu uğrunda ümumilikdə 9 namizəd mübarizə aparıb.
Xatırladaq ki, K. Kaladze “Gürcü Arzusu”nun namizədi olaraq Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci, ikinci dəfə isə 2021-ci ildə seçilib. (APA)