Türkiyənin Aydın vilayətində keçmiş həyat yoldaşının ərini qəsdən avtomobillə vuraraq şəklini sosial şəbəkədə paylaşan şəxs saxlanılıb.
APA xəbər verir ki, keçmiş həyat yoldaşının əri, polis məmuru Ali K.-nı avtomobili ilə vurduqdan sonra sosial mediada öz şəklini paylaşan Anıl Ateş həbs edilib.
Hadisə yerinə gələn polislər əvvəlcə qəzanın təsadüfi olduğunu güman etsə də vuran şəxsin polis məmurunun keçmiş əri olduğu üzə çıxıb.
Hadisə yerindən şəkil çəkib sosial şəbəkə hesabında paylaşan şəxsin kimliyi müəyyən edilərək həbs edilib.