Kraldan sonra  kraliça da ağır xəstələndi
06 noyabr 2024 10:27 (UTC +04:00)

Kraldan sonra kraliça da ağır xəstələndi

Böyük Britaniya kraliçası Kamilla ağır xəstəliyə tutulub.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o tənəffüs yolları infeksiyası səbəbilə vəzifələrindən uzaqlaşıb.

77 yaşlı kraliçada infeksiya aşkarlanıb və onun iştirakı ilə planlaşdırılan bütün tədbirlər ləğv edilib.  Kraliça öz vəzifələrindən geri çəkilib.

Həkimlər onun sağalacağına ümid edirlər.

Qeyd edək ki, Kamillanın həyat yoldaşı kral III Çarlz xərçəng xəstəliyindən əziyyət çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1425
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar