Messi Hindistanda 21 metrlik heykəlinin açılışında iştirak edəcək
12 dekabr 2025 05:44 (UTC +04:00)

Messi Hindistanda 21 metrlik heykəlinin açılışında iştirak edəcək

0

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi dekabrın 13-də Kəlküttəyə (Hindistan) səfər edəcək və orada öz heykəlinin açılışında iştirak edəcək.

Lent.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Abidə 21 metr hündürlüyündədir. Heykəldə Messi Argentina millisi ilə 2022-ci ildə qazandığı Dünya Kubokunu əlində tutarkən təsvir edilib.

Heykəl 45 gün ərzində 27 nəfərin iştirakı ilə hazırlanıb.

Məlumata görə, Messinin komanda yoldaşları - uruqvaylı Luis Suares və argentinalı Rodriqo De Paul da açılış mərasimində iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar