Müdirə salam  verdiyi üçün işdən qovub cərimələdilər - QƏRİBƏ OLAY
11 oktyabr 2025 15:08 (UTC +04:00)

Müdirə salam verdiyi üçün işdən qovub cərimələdilər - QƏRİBƏ OLAY

0

Böyük Britaniyada hazır yeməklər istehsal edən bir fabrikdə çalışan 57 yaşlı Karl Deyvis meneceri ilə salamlaşma tərzinə görə işdən çıxarılıb. Bundan sonra işəgötürən şirkət “Oscar Mayer” ona qarşı məhkəmə iddiası qaldırıb və nəticədə Deyvis prosesi uduzub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Deyvis meneceri Skott Milvordu “Sabahınız xeyir, cənab!” sözləri ilə, irland aksenti ilə salamlayıb. Aksent, Milvordun irland mənşəyinə və qırmızı saçlarına eyham vurduğu kimi qəbul edilib. Milvord bunu milliyyət yaxud irq əsaslı təhqir kimi qiymətləndirərək, rəhbərliyə şikayət edib və araşdırma tələb edib.

Araşdırmadan sonra “Oscar Mayer” şirkəti Deyvisi işdən çıxararaq, onun barəsində məhkəməyə müraciət edib. Məhkəmə zamanı Karl Deyvis həmin ifadəni dəfələrlə təkrar edib və salamlaşma zamanı irland musiqisinə qulaq asdığını etiraf edib.

Məhkəmə hakimi Vinsent Rayan qeyd edib ki, Deyvis aksenti alçaldıcı və istehzalı tonla istifadə edib, yəqin bu da menecerin təhqir və alçaldılma hissi keçirməsinə səbəb olub.

Lakin bütün sübutları araşdırdıqdan sonra hakim qərara gəlib ki, Deyvisin işdən çıxarılması qeyri-qanuni olub. Bu, xüsusilə diqqət çəkib, çünki o, şirkətdə 27 il fasiləsiz işləyib və indiyə qədər heç bir intizam pozuntusu olmayıb.

“Bu işin konkret şəraitində çıxarılma ədalətsiz sayılır, amma bu, həmin salamlaşma və ya istehzalı aksentin istifadəsinin düzgün olduğunu göstərmir,” deyə hakim bildirib.

Bununla belə, əmək mübahisələrinə baxan palata hesab edib ki, Deyvisin davranışı başqa bir şəxsi təhqir etdiyi üçün qəbuledilməzdir. Ona görə də keçmiş işçiyə 16 min funt sterlinq məbləğində cərimə kəsilib.

Hazırda tərəflərin qərarı apellyasiya qaydasında şikayət edib-etməyəcəyi məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 706

Oxşar yazılar