Ukrayna ordusu Rusiyada zavodu və aerodromu vurdu - VİDEO
17 sentyabr 2026 12:21 (UTC +04:00)

Ukrayna ordusu Rusiyada zavodu və aerodromu vurdu - VİDEO

1

Ukrayna ordusu gecə saatlarında Rusiyanın Yaroslavl Neft Emalı Zavoduna, həmçinin Rostovdakı hərbi aerodroma hücum edib.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

Onun sözlərinə görə, Yaroslavl Neft Emalı Zavoduna zərbə Ukrayna Təhlükəsizlik Xidməti, Pilotsuz Sistemlər Qüvvələri, Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətinin birgə əməliyyatı nəticəsində həyata keçirilib.

Bununla yanaşı, Ukrayna Təhlükəsizlik Xidməti Rostovdakı hərbi aerodroma qarşı əməliyyat keçirib. Zelenskinin sözlərinə görə, zərbə nəticəsində Rusiyaya məxsus bir neçə aviasiya vasitəsinin vurulduğu təsdiqlənib.

Məlumata görə, söhbət bir ədəd An-12, iki An-26 təyyarəsi və üç helikopterdən gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 180

Oxşar yazılar