Yunanıstanda insanlar istidən ölür: Turistlərə təhlükə XƏBƏRDARLIĞI
21 iyun 2024 18:22 (UTC +04:00)

Yunanıstanda insanlar istidən ölür: Turistlərə təhlükə XƏBƏRDARLIĞI

Yunanıstanda havanın temperaturu o qədər yüksəkdir ki, məşhur turistik yerlər bağlanıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə tarixdə ən erkən isti dalğasına məruz qalıb. Hava o qədər istidir ki, artıq 4 turistin öldüyü qeydə alınıb. 

İstilik dalğası ən azı üç gün ərzində +38°C-dən çox olan temperatur kimi müəyyən edilir.

Yunanıstan səlahiyyətliləri üçüncü səviyyəli istilik xəbərdarlığı elan edib, yerli sakinlər telefonlarında onları evdən işləməyə və açıq havada gərgin fəaliyyətlərdən çəkinməyə çağıran xəbərdarlıqlar alıblar.

Ən yüksək temperatur Kritin şimal-qərb sahilində qeydə alınıb: termometr +44,5°C-ə çatıb.

Xatırladaq ki, Avropada 2024-cü ildə temperaturun 2022-ci ilin yayına bərabər olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

Arzu Qurbanlı

Oxşar yazılar