Çayxanada partlayış, 2 yaralı
Səbail rayonu ərazisində İqtisad Universitetinin qarşısında yerləşən “Karvan” çay evində partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin hadisə yerində olan əməkdaşlarının Lent.az-ın müxbirinə verdiyi məlumata görə, saat təxminən 09:30-da baş verən hadisəyə qaz sızması səbəb olub. Çayxananın mətbəxində qaz sızıb və otaqda işıq yandırılan zaman partlayış baş verib.
Hadisə nəticəsində xəsarət alanlara Klinik Tibbi Mərkəzdə ilk yardım göstərilib. Yaralanan iki nəfərdən biri – kafeni işlədən 20 yaşlı Anar Novruzov Lent.az-a açıqlamasında yüngül xəsarət aldığını deyib. Anar Novruzov söyləyib ki, müştərilərdən heç kəs xəsarət almayıb.
Vüqar Baba

Oxşar yazılar

Sosial şəbəkələrdə yayılan görüntülər araşdırıldı - narkotik aludəçiləri...
4 avqust 2025 , 09:35Həmkəndlisinə avtomatdan atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27