“Azəriqaz” BDU-nu və dövlət idarəsini məhkəməyə verdi
Təkcə universitetdən 314 min manat tələb olunur
“Azəriqaz” İsehsalat Birliyi (İB) universitet və bir idarəni külli məbləğdə qazpulu borcu ilə əlaqədar olaraq məhkəməyə verib. Bu barədə Lent.az-a 1 saylı Bakı Yerli İqtisad Məhkəməsindən bildirilib.
1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edən “Azəriqaz” İB müxtəlif illərdə yaranmış qazpulu borclarını tələb edir. Məhkəməyə verilən qurumlar Bakı Dövlət Universiteti (BDU) və Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsidir.
İddia ərizəsində BDU-nun üç ildə 314 min manat ödənilməmiş borcunun yarandığı bildirilib.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin borcunun məbləğini dəqiqləşdirmək mümkün olmayıb.
İş üzrə məhkəmə prosesləri gələn həftə keçiriləcək.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərir.
Pərvin ABBASOV

Oxşar yazılar

Sosial şəbəkələrdə yayılan görüntülər araşdırıldı - narkotik aludəçiləri...
4 avqust 2025 , 09:35Həmkəndlisinə avtomatdan atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27