Sumqayıtda qətl törədən şəxsin fotorobotu hazırdır
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fevralın 20-də səhər saat 07:30 radələrində 1-ci mikrorayonda yerləşən bina 13/11-in qarşısında həmin binanın sakinləri ata və oğul İsmayıl və Vüqar Balayevlər iş yerinə gedərkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar. Nəticədə iki güllə yarası alan Vüqar Balayev hadisə yerindəcə keçinib, İsmayıl Balayev isə Sumqayıt Şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törədən şəxsin iki nəfər olduğu ehtimal edilir. Həmin şəxslərin kimliyi hələlik məlum deyil. Əməliyyat axtarış tədbirləri davam etdirilir”.
Qeyd edək ki, Balayevlər millət vəkili İqbal Ağazadənin qohumlarıdır. Onlar şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin birində çalışıblar.

Oxşar yazılar

Şəmkirdə FACİƏ: istidən beyninə qan sızdı, 50 yaşlı kişi ÖLDÜ
4 avqust 2025 , 10:45
Sosial şəbəkələrdə yayılan görüntülər araşdırıldı - narkotik aludəçiləri...
4 avqust 2025 , 09:35Həmkəndlisinə avtomatdan atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09