Yanan məktəbin şagirdləri tətilə buraxıldı
Martın 26-dək 67 saylı məktəbin şagirdlərinin yaxınlıqdakı məktəblərə köçürülməsi məsələsi həll edilməlidir
Bakının Sabunçu rayonundakı 67 saylı orta məktəbin bütün şagirdləri sabahdan etibarən yaz tətilinə buraxılır. Buna səbəb bir qədər əvvəl məktəbdə baş verən yanğın nəticəsində təhsil müəssisəsinin tamamilə yararsız hala düşməsidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı deyib ki, 1925-ci ildə inşa olunan məktəbdə 2000 minə yaxın şagird üç növbədə təhsil alır. Onun sözlərinə görə, bu gün baş verən yanğın 3-cü mərtəbədən başlayıb. Məktəbin bütün əsas sütunları taxtadan olduğuna görə yanğın bütün binanı əhatə edib və bu səbəbdən alovu söndürmək mümkün olmayıb. Nəticədə məktəb binası bütün avadanlıqlarla birgə məhv olub.
Zəminə Əliqızı deyib ki, məktəb binasının sıradan çıxması ilə əlaqədar şagirdlərin yaz tətilinə buraxılması barədə qərar qəbul edilib. Onun sözlərinə görə, tətil müddətində, yəni martın 26-dək şagirdlərin yaxınlıqdakı məktəblərə bölüşdürülməsi məsələsi həll ediləcək və növbəti rübdə şagirdlər müvafiq məktəblərdə təhsillərini davam etdirəcəklər.
Elxan SALAHOV

Oxşar yazılar
Həmkəndlisinə atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16