ATƏT-in əməkdaşı Bakıda qəza törətdi
ATƏT-in əməkdaşı Bakıda idarə etdiyi avtomobillə adam vurub.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən “musavat.com”a daxil olan məlumata görə, martın 9-da saat 10.00 radələrində Norveç vətəndaşı, 1955-ci il təvəllüdlü Harald Bruno Carlo idarə etdiyi “Range Rover” markalı avtomobilə Neftçilər prospektində Bakı sakini, 20 yaşlı Mətanət Məmmədovanı vurub. Zərərçəkən aldığı xəsarət nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilib. Əcnəbinin idarə etdiyi avtomobilin ATƏT-in Bakı Ofisinə məxsus olduğu və özünün oranın əməkdaşı olduğu bildirilir.
Faktı Lent.az-a ATƏT-in Bakı Ofisindən təsdiqləyiblər. Ofisdən bildiriblər ki, qəzanı törədən H. Bruno Carlo hüquq şöbəsində çalışır. Qəza zamanı xəsarət alan xanımın vəziyyətinin normal olduğu, onun yüngül xəsarət aldığı bildirilib.

Oxşar yazılar
Həmkəndlisinə atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16