Uçan bina ARDNŞ-in balansında olub
Sakinlər müvəqqəti kirayə mənzillərlə təmin ediləcəklər
Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi, ev 10/11-də yerləşən və bu gün ikinci mərtəbəsinin divarı uçan ikimərtəbəli yaşayış binası ARDNŞ-in balansındadır.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bunu fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev söyləyib.
Orucəli Hacıyev bildirib ki, 12 mənzildən ibarət bu binada 12 ailə yaşayıb. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olan kimi dərhal nazirliyin xilasediciləri hadisə yerinə gəliblər: “Mənzildə yaşayan 12 ailə evakuasiya olunub. ARDNŞ bina sakinlərini müvəqqəti yaşamaq üçün kirayə mənzillərlə təmin edəcək”.
Orucəli Hacıyev deyib ki, sabahdan söküntü işlərinə başlanacaq: “Bu binanın yerində sakinlər üçün yeni bina tikiləcək”.
Fərid

Oxşar yazılar
Həmkəndlisinə atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16