
Atəşkəs bir neçə istiqamətdə pozulub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 6-da saat 19.45-dən 21.10-dək və 23.30-dan 23.50-dək fasilələrlə Ermənistan Respublikasının Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Mosesqerx kəndlərində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 14.00-dan 15.00-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13.30-dan 13.55-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 15.30-dan 15.45-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.35-dək və 23.20-dən 23.40-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.05-dən 23.40-dək Cəbrayıl rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.30-dan 17.50-dək, 22.05-dən 22.40-dək, 22.45-dən 23.07-dək, sentyabrın 7-də saat 01.05-dən 01.30-dək, 05-50-dən 06.05-dək fasilələrlə Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı, Kəngərli, Süraabad, Şıxlar və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54