80 yaşlı kişi özünü öldürdü
07 sentyabr 2010 11:30 (UTC +04:00)

80 yaşlı kişi özünü öldürdü

Azərbaycanın Naftalan şəhərində intihar hadisəsi baş verib.

Bu barədə APA-ya Goranboy rayon Prokurorluğundan bildirilib. Hadisə sentyabrın 6-da, Naftalan şəhərində qeydə alınıb.


Şəhər sakini, 1930-cu il təvəllüdlü Hüseyn Məmmədov yaşadığı ünvanda özünü asıb. Onun meyiti hadisə baş verəndən bir neçə saat sonra ailəsi tərəfindən aşkarlanıb.


Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat olmasa da, onun uzun illərdir, ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilib.


Faktla bağlı Goranboy rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar