Quyuda ölən ata və oğul Neft Emalı Zavodunun işçiləri olub
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun əməkdaşları 1952-ci il təvəllüdlü Əhmədov Əli Həmid oğlu, onun oğlu, 1990-cı il təvəllüdlü Əhmədov Səbuhi Əli oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dursun Səmail oğlu təxminən 12-14 metr dərinliyində olan neft tullantılarının axıdıldığı quyuda təmir işləri apararkən huşlarını itiriblər.
Hadisə yerində olan insanlar Dursun Məmmədovu quyudan çıxararaq xəstəxanaya yola sala biliblər. Daha sonra hadisə yerinə gələn xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə quyuya enərək, Əli Əhmədov və oğlu Səbuhinin vəfat etdiyini müəyyən ediblər. Sonra cəsədlər xüsusi texnika vasitəsilə quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar yazılar

Göyçayda kişi həyətdə yıxılıb öldü
7 iyul 2025 , 09:24
Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54