Füzuli rayonunda mina partladı
17 iyun 2009 13:45 (UTC +04:00)

Füzuli rayonunda mina partladı

0
Traktorun biri minaya düşüb, digəri isə minanı üzə çıxarıb

Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında mina hadisəsi baş verib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Horadiz Regional Bazasından APA-ya verilən məlumata görə, gecə vaxtı əraziyə daxil olan iki tırtıllı traktordan biri ərazini şumlayarkən tank əleyhinə minaya düşüb. Digər traktor isə şumlama zamanı 1 ədəd tank əleyhinə minanı üzə çıxarıb. Partlayış zamanı bir nəfər yüngül xəsarət alsa da, digərləri zərər çəkmədən ərazini tərk ediblər. Hadisə yerinə gələn ANAMA-nın əməkdaşları şumlanan ərazidə müharibə dövründə tank əleyhinə minaların basdırıldığı zolaq aşkar ediblər. Əraziyə baxış zamanı 6 ədəd tank əleyhinə minanın olduğu aşkarlanıb, hazırda onların zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.

ANAMA-dan onu da bildiriblər ki, cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşən bu ərazilərin minalı olması barədə əhaliyə indiyədək dəfələrlə xəbərdarlıq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1117

Oxşar yazılar