Azərbaycanın məhkəmə tarixində nadir hadisə
0
0
Ötən il Cəlilabadda məhkəmənin çıxardığı 600-dək qərardan bir dənə də apelyasiya şikayəti verilməyib
2008-ci ildə Cəlilabad rayonunda yerli məhkəmə orqanlarının çıxardığı 600-dək qərarlardan bir dənə də olsun, apelyasiya şikayəti verilməyib. Müvəkkil Hüquq Mərkəzi “Məhkəməyə etimad” layihəsi çərçivəsində cənub bölgəsi də daxil olmaqla 10-a yaxın rayonda apardığı monitrinqlərdən sonra bu nəticəyə gəlib.
Lent.az-ın məlumatına görə, təşkilatın apardığı monitorinq və araşdırmaların nəticələri bu gün Cəlilabadda yerli icra hakimiyyəti və hüquq-müafizə orqanlarının iştirakı ilə ictimaiyyətə açıqlanıb. Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bildirib ki, təşkilat ilk dəfə olaraq “Məhkəməyə etimad” layihəsini Cəliabadda həyata keçirib. Layihə çərçivəsində monitorinq qrupunun nümayəndələri 5 dəfə rayonda müvafiq araşdırmalar və sorğular aparıb. Onun sözlərinə görə, tanınmış hüquqşünasların, sosioloq-alimlərin daxil olduğu monitorinq qrupu bu cür sorğu və araşdırmaları cənub bölgəsinin digər rayonlarında da həyata keçirib.
“Amma biz ən yüksək nailiyyəti Cəlilabadda üzə çıxardıq. Ötən bir il ərzində məhkəmənin hakimləri tərəfindən qəbul edilmiş 600-ə yaxın qətnamə və hökmlərdən apelyasiya şikayətinin verilməməsi Azərbaycanın məhkəmə tarixində görünməmiş hadisədəir. Bu, məhkəməyə etimadın ən yüksək nümunəsidir. Biz hüquqşünaslar hesab edirik ki, Cəlilabad Rayon Məhkəməsinin bu təcrübəsi digər məhkəmələr üçün örnək olmalıdır” - deyə, Səməd Vəkilov qeyd edib.
Mərkəzin sədri onu da bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda hüquq mədəniyyətinin səviyyəsini qaldırmaq, qabaqcıl təcrübəni ictimaiyyətə təqdim etmək və beləliklə, onun daha geniş yayılmasına nail olmaqdır.
Bakı Dövlət Universitetinin dosenti, Hüquqi Tədqiqatlar Mərkəzinin sədri Bəxşeyiş Əsgərov isə nəhayət, Azərbaycanda hüquqşünasların, hakim və vəkillərin də adınının müsbət hadisələrdə hallandırılmasından fərəh hissi keçirdiyini deyib. Onun sözlərinə görə, Müvəkkil Hüquq Mərkəzinin bu tədqiqatları məhkəmə qərarları və onun icrasına əsaslanıb: “Ötən bir ildə Cəlilabadda məhkəmə qərarlarının 95 faizdən çoxu icra olunub və indi bu rayonda icrasız bir dənə də məhkəmə işi qalmayıb. Bu təcrübə göstərir ki, Cəlilabadda vəkil, iddiaçı, məhkəmə qarşılıqlı olaraq bir-birinə inanıb və qərarlar ədalətli olub. Deməli, istək olsa, subyektivlik rol oynamasa, məhkəmələr ədalətli qərarlar çıxara bilər”.
Baxşeyiş Əsgərov maraqlı bir məqamı xüsusilə qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın məhkəmə tarixində nadir hadisə sayılan bu faktın Bakıda, Gəncədə, digər iri şəhərlərdə yox, kiçik və ucqar rayonda qeydə alınması təşəbbüslərin artıq yuxarıdan deyil, aşağıdan gəldiyini göstərir: “Məhkəmələr ədalətli olmasa, heç bir ölkədə inkişafdan, hüquqi dövlət quruculuğundan danışmağa dəyməz. Hətta müstəqillik atributlarına hörmətdən də söhbət gedə dəyməz. Ona görə də digər məhkəmələr Cəlilabaddakı bu təcrübədən özü üçün nümunə götürməlidir”.
Ədliyyə nazirinin sabiq müavini, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov isə Azərbaycan cəmiyyətində qanunların ədalətli icrası imkanlarından danışıb. O, qeyd edib ki, qanunları ədalətli icra etmək üçün ilk növbədə ədalətli və ləqayətli məmurlar olmalıdır. Onun sözlərinə görə, indi Azərbaycan məhkəmələrinin ən böyük problemi qərar və qətnamələrin icrası sahəsindədir.
Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra hakimiyətinin başçısı Əziz Əzizov isə “Məhkəməyə etimad” layihəsi çərçivəsində aparılan araşdırmaların nəticələrini şəffaf şəkildə ictimaiyyətə açıqladığına görə monitorinqin qrupunun üzvlərinə təşəkkür edib. O, həmçinin Cəlilabad ictimaiyyətini, məhkəmə, prokurorluq, polis orqanlarının bütün əməkdaşlarını təbrik edib.
İcra başçısı ötən il ərzində rayonda məhkəmə qərarlarından apelyasiya şikayəti verilməməsinin səbəbini belə izah edib: “Hər yerdə olduğu kimi, Cəlilabadda da müxtəlif səbəblər üzündən hüquq pozuntusu ilə üzləşən insanlar çoxdur. Ancaq biz belə halların ədalətli həllinə nail olmaq üçün əlaqələndirilmiş formada işləyirik. Cəlilabadda iddiaçı-vəkil-hakim münasibətləri məmur-vətəndaş münasibətlərindən daha çox insani münasibətlərə söykənir. Bu münasibət vətəndaşlarla icra hakimiyyəti orqanları, o cümlədən məhəkəmə arasında qarşılıqlı inam və hörmət yaradır. Bu səbəbdən bizim rayonda heç bir məhkəmə qərarı icra olunmamış qalmır”.
Tədbirin sonunda Cəlilabad Rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərov, məhkəmənin hakimləri Mirələm Quliyev, Ələsgər Novruzov, Məhkəmə İcraçıları şöbəsinin bölmə rəisi Şöhlət Şahverdiyev, məhkəmə aparatının rəhbəri Faiq Şükürov və Cəlilabad Rayon Hüquq Məsləhətxanasının müdiri Xandadaş Əliyev Azərbaycanda hüquq mədəniyyətinin inkişafı və məhkəməyə etimadın yüksək səviyyəyə qaldırılmasındakı xidmətlərinə görə Müvəkkil Hüquq Mərkəzinin fəxri diplomları ilə mükafatlandırılıb.
Xatırladaq ki, Müvəkkil Hüquq Mərkəzi “Məhkəməyə etmiad” layihəsinin icrasına bu ilin mayında başlayıb. Layihə çərçivəsində cənub bölgəsində, Bakı, Göyçay və Mingəçevir şəhərində əhali arasında, habelə elektron KİV-də rəy sorğuları aparıb. Layihənin icraçıları Faiq Əlizadə, Sevinc Bayramova, Taleh Ağayev və Fərqanə Vəkilovadır. Ekspert qrupuna isə Seyfəddin Rzasoy, Aydın Kərimov, Bəxşeyiş Əsgərov, Füzuli Qurbanov, Həsən Əlibəyli, Əhməd Qəşəmoğlu, Əkbər Bağırov, Amil Əsgərov daxildir.
Elxan SALAHOV
Bakı-Cəlilabad-Bakı